Hörmüzdə daha bir tanker dəniz minasına düşdü


DÜNYA
20 Noyabr 2026 | 21:35 | Müəllif: Subhan Mahmudov
Daha bir tanker Hörmüz boğazı yaxınlığında yerləşən Omanın Xasab limanı yaxınlığında dəniz minasına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb.
İİKK bu hadisələrin əsas səbəbinin İranın boğaz tranzit qaydalarına əməl etməməsi və "qanunsuz marşrutlardan" istifadə etmək cəhdləri olduğunu vurğulayıb.
