İtaliyalı Emma Moranonun 117 illik uzunömürlülük sirri və qidalanma vərdişləri


4 mənbə əsasında
On doqquzuncu əsrdə doğulan və 2017-ci ildə vəfat edən italiyalı Emma Morano 117 il ömür sürərək tarixə düşüb. O, uzunömürlülüyünü tək yaşamaq qərarı və 90 il ərzində gündəlik olaraq çiy və bişmiş yumurta, həmçinin qrapa içkisi qəbul etməsi ilə əlaqələndirib. Gəncliyində anemiya diaqnozu qoyulan qadın məcburi evlilik yaşadıqdan sonra 1938-ci ildə həyat yoldaşından ayrılıb və bir daha ailə qurmayıb. Mütəxəssislər çiy yumurta qəbul etməyin təhlükəli ola biləcəyini, uzunömürlülüyün isə genetikadan və həyat tərzindən asılı olduğunu bildirirlər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. Bakıvaxtı.az xəbər verir ki, Birinci Dünya müharibəsindən sonra gənclik illərində qanazlığı (anemiya) diaqnozu qoyulan Morano həkim məsləhəti ilə hər gün yumurta yeməyə başlayıb. O, təxminən 90 il boyunca gündə üç yumurta (ikisi çiy, biri bişmiş olmaqla) və evdə hazırladığı ənənəvi italyan içkisi olan "qrapa" qəbul edib. Ömrünün son illərində isə gündəlik yumurta sayını ikiyə endirib. Mütəxəssislər onun bu vərdişini təkrarlamamağı tövsiyə edirlər. Çünki çiy yumurtadakı "Salmonella" bakteriyası ağır qida zəhərlənməsinə yol aça bilər və yumurtanın mütləq bişirilərək yeyilməsi vacibdir. Həmçinin alimlər uzunömürlülüyün təkcə qidalanmadan deyil, genetika və həyat tərzindən asılı olduğunu vurğulayırlar. Gənclik sevgisini Birinci Dünya müharibəsində itirən Morano 26 yaşında ölüm təhdidi ilə istəmədiyi bir evliliyə məcbur edilib və şiddət görüb. 1938-ci ildə altıaylıq körpəsini itirdikdən sonra həyat yoldaşından ayrılan qadın bir daha evlənməyib. O, bunu heç kimin hökmranlığı altında yaşamaq istəməməsi və azadlığına üstünlük verməsi ilə izah edirdi.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı