Haqqında xoşagəlməz xəbər yayılan Nərman Qocatürk niyə öldü? – Xanımından sensasiya


İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu.
Globalinfo.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı danışarkən deyib.
”Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – xanım bildirib və əlavə açıqlama verməyib.
Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil.
Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.
N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 1990-95-ci illərdə təhsil alıb.
***11:23
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib.
1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi.
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Haqqında xoşagəlməz xəbər yayılan Nərman Qocatürk niyə öldü? – Xanımından sensasiya
