Çində keçiriləcək Dünya Kubokunda iştirak edəcək - Millilərimiz


Azərbaycanın karate üzrə millisi Çində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, noyabrın 20-22-də Hançjou şəhərində təşkil olunacaq yarışa Dünya Karate Federasiyasının (WKF) üzvlərindən 42 ölkə qatılacaq.
400-dək idmançının mübarizə aparacağı birincilikdə Azərbaycan kişilərin komanda kata və qadınların komanda kumite yarışlarında təmsil olunacaq.
Kişilərdən ibarət kata komandamız B qrupunda Türkiyə, Kolumbiya, Mərakeş və Honkonqla yarışacaq.
Qadın yığmamız isə D qrupunda Yaponiya, Meksika, Almaniya və Əlcəzairlə üz-üzə gələcək.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq kollektivlər 1/4 finala yüksələcəklər.
Noyabrın 20-21-də qrup və pley-off görüşləri, noyabrın 22-də medal qarşılaşmaları keçiriləcək.
Milli komandalar arasında Dünya Kuboku ikinci dəfə reallaşacaq.
32gun.az+1 mənbə