Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var


Göyçayda ağır yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
N.Cəbrayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə
