Göyçayda yol qəzası: ölən və xəsarət alan var


HADİSƏ
20 Noyabr 2026 | 00:46 | Müəllif: Subhan Mahmudov
Göyçayda ağır yol qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
N.Cəbrayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Report
Dərc vaxtına görə

Oxu.az+2 mənbə