Göyçayda ağır qəza: Ölən və xəsarət alan var - Foto


Göyçayda ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki,hərəkətdə olan VAZ 2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
