Gizli müzakirə: Putin Trampa nə deyib?


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün razılaşma əldə etmək istədiyini bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Ayşə Hasni “X” sosial şəbəkəsində məlumat yayıb.
Trampın sözlərinə görə, jurnalistlər görüşü tərk etdikdən sonra o, Putinlə müharibənin başa çatdırılması məsələsini müzakirə edib.
“Bəli. Amma bilirsiniz, mətbuat getdikdən sonra bizim ayrıca söhbətimiz oldu. O, razılaşma əldə etmək istəyir və ümid edirəm ki, Zelenski də bunu istəyir. Məncə, o da istəyir”, – deyə Tramp Putinin müharibəyə son qoymaq üçün hansı şərtləri irəli sürdüyü ilə bağlı suala cavabında bildirib.