Gəncədə avtobus sürücülərinin iş saatları artırılıb, lakin əlavə ödəniş ödənilməyib - ŞİKAYƏT/VİDEO


20:47 • 18 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Sürücülərin iş saatları artırılıb, lakin artıq işlədikləri saatlara görə əməkhaqqı ödənilmir.
Bu şikayətlə Gəncə şəhərində sərnişindaşıma ilə məşğul olan marşrut avtobuslarının sürücüləri "Xəzər Xəbər"ə müraciət ediblər.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, iş saatlarının artırılması ilə bağlı göstəriş onlara qaraj rəhbərliyi tərəfindən verilib. Bildirilib ki, artıq işləyəcəkləri saatların müqabilində əməkhaqlarına əlavələr ediləcək. Lakin növbəti əməkhaqqı ödənişi zamanı bu artım edilməyib.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, sürücülərin aylıq əməkhaqqı ödənişləri vaxtında həyata keçirilib. Bununla yanaşı, onların gündəlik fəaliyyətinin yüksək məsuliyyət və gərgin iş rejimi tələb etdiyi nəzərə alınaraq, əmək fəaliyyətinin xüsusiyyətlərinə və iş yükünə uyğun əlavə ödənişlərin edilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır və sözügedən ödənişlərin yaxın dövr ərzində həyata keçirilməsi nəzərdə tutulur. O da qeyd edilib ki, əməkhaqqının hesablanması ilə bağlı hər hansı uyğunsuzluq yarandığı təqdirdə, sürücülərin müraciətlərinə fərdi qaydada baxılacaq, araşdırılacaq və zəruri tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
