Futzal üzrə Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq komandalar dəqiqləşib
ReportTəbriz Quliyev


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni mövsümdə futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar dəqiqləşib.
"Report"un məlumatına görə, turnirdə 10 komanda mübarizə aparacaq.
Bunlar "Araz-Naxçıvan", "Yasamal Bakı", "Rəvan", "Atidel Ordubad", "Şuşa", "Marafon", "Xankəndi", "Baku Fire", "Neftçi İK" və "İmişli" klublarıdır.
Xatırladaq ki, ötən mövsüm "Araz-Naxçıvan" ölkə çempionu olub.
1 mənbə
