Frans Vaqnerdən möhtəşəm seriya və tarixi göstərici


Frans Vaqner NBA Kubokunda "Miluoki Baks"a qarşı keçirilən oyunda parlaq çıxışı ilə yadda qalıb. "Orlando Magic"in 25 yaşlı forvardı 36 dəqiqə meydanda olaraq 35 xal, 9 ribaund və 12 assistlə üçqat dublun astanasında dayanıb.
Offsideplus.az xəbər verir ki, Vaqner bu qarşılaşmada 13/22 ümumi atış, 3/8 üçlük və 6/6 cərimə atışı ilə oynayıb. Bu, onun ardıcıl dördüncü oyundur ki, 30 və daha çox xal toplayır və bu göstərici şəxsi karyerasında ən uzun seriyadır. "Orlando Magic" isə "Miluoki Baks" üzərində 107:99 hesabı ilə qələbə qazanıb.
