"Kəpəz" - "Qarabağ": Satışda cəmi 500 bilet qaldı


“Kəpəz” klubu noyabrın 22-də “Qarabağ”a qarşı keçirəcəkləri Misli Premyer Liqasının XII tur matçı üçün bilet satışı ilə bağlı yeni açıqlama yayıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Gəncə Şəhər Stadionunda gerçəkləşəcək qarşılaşmada Ağdam komandasına onlarına istəyinə uyğun olaraq, 976 bilet ayrılıb.
Satışın ilk dəqiqələrindən fəallıq nümayiş etdirən azarkeşlər qısa vaxt ərzində bütün biletləri, o cümlədən “Qarabağ”a ayrılan kvotanı da əldə ediblər.
Ehtiyatda qalan son sektor – W-6-nın biletləri bu gün satışa buraxılıb. Günün sonuna olan məlumata əsasən, satışda cəmi 500 bilet qalıb.
“Kəpəz” – “Qarabağ” matçını W-6 sektorunda izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarında ala bilərlər. Kassa noyabrın 20-də saat 9:00-dan 18:00-dək işləyəcək.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı saat 17:00-da başlanacaq.
