"Formula-1" ulduzu İngiltərənin hansı klubuna azarkeşlik edir?


Dördqat dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşi olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, pilot bu barədə danışarkən sevimli komandasını həm uğurlu, həm də çətin günlərdə dəstəklədiyini vurğulayıb.
“İnsan yaxşı və pis günlərdə də öz sevimli komandasını seçir. Mənim üçün bu, “Mançester Yunayted”dir. Hazırda vəziyyət bir qədər çətindir, amma eyni zamanda biz onların yanında olmalı və hər zaman dəstəkləməliyik”, – deyə Verstappenin sözlərini “talkSPORT” “X” sosial şəbəkəsində yayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, bir müddət əvvəl argentinalı mütəxəssis, ABŞ millisinin sabiq baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasına keçib.
