Fin körfəzində Rusiya yük gəmisinə PUA hücumu olub


Vətənim Media xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun məlumatına görə, Kalininqrada doğru hərəkət edən Rusiya yük gəmisinə Fin körfəzində iki pilotsuz uçuş aparatı ilə hücum edilib.
Drozdenko bildirib ki, hadisə beynəlxalq sularda, Rusiyanın dəniz sərhədindən üç dəniz mili aralıda baş verib. Gəminin adı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Əsas mənbə: APA
Dərc vaxtına görə