Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib


Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib.
Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
"Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədindən üç dəniz mili məsafədə, Kalininqrad şəhərinə gedən yük gəmisinə iki PUA-dan istifadə edilməklə hücum edilib", - o bildirib.
Onun sözlərinə görə, hazırda heyətin təxliyəsi həyata keçirilir. Nəticələr dəqiqləşdirilir.
Ordu.az
Dərc vaxtına görə