Fidan: “Türkiyə ilə Aİ arasındakı münasibətlərin gələcəyi Kipr məsələsindən asılı olmamalıdır”


Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin gələcəyinin Kipr məsələsindən asılı vəziyyətə salınmasını yanlış strategiya adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hakan Fidan Ankarada Avropa Komissiyasının Birlik Siyasəti və İslahatlar üzrə sədr müavini Fitto ilə görüşü zamanı deyib.
Görüş zamanı nazir Türkiyənin Avropa İttifaqı ilə münasibətlərə və əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Fidan, həmçinin Gömrük İttifaqının yenilənməsinin Türkiyə və Aİ-nin ümumi iqtisadi maraqlarına cavab verdiyini bildirib. O, bu məsələnin Kipr problemi ilə əlaqələndirilməməli olduğunu qeyd edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Cənub Media+1 mənbə