İran Ermənistanla sərhəddəki keçid məntəqəsini ölkənin ən işlək quru ticarət-keçid məntəqəsinə çevirmək niyyətindədir


İran gələn il Ermənistanla sərhəddə yerləşən Norduz keçid məntəqəsini ölkənin ən işlək quru ticarət-keçid məntəqəsinə çevirməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran Ermənistanla sərhəddə yerləşən Norduz keçid məntəqəsini ölkənin ən işlək quru ticarət-keçid məntəqəsinə çevirmək niyyətindədir.
Qeyd edilir ki, İran gələn il ərzində bu sərhəd-keçid məntəqəsini ölkənin ən işlək quru ticarət məntəqəsinə çevirməyi planlaşdırır.
İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi bildirib ki, Ermənistana səfəri çərçivəsində Norduz sərhəd terminalı ilə bağlı səmərəli danışıqlar aparılıb, bu məsələ ilə əlaqədar Ermənistan tərəfinin ehtiyacları və müraciətləri müəyyənləşdirilərək nəzərə alınıb.
Ölkəyə qarşı tətbiq olunan sanksiyalar və ticarət məhdudiyyətləri şəraitində terminalın strateji əhəmiyyətini vurğulayan Purməhəmmədi bildirib: “Norduz ticarət və tranzit mübadiləsinin inkişafı, eləcə də malların daşınmasının asanlaşdırılması üçün mühüm potensiala malikdir. Bu keçid məntəqəsi İranın qonşu ölkələrlə iqtisadi əlaqələrinin genişləndirilməsində səmərəli rol oynaya bilər”.
Alpər Mövludoğlu Ordu.az

Cənub Media+1 mənbə