Fernandeş: "Mançester"dən getməyə hazıram!"


“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş komandanın uzun müddətdir Premyer Liqa titulunun olmaması ilə bağlı tənqidlərə cavab verib.
Publika.az xəbər verir ki, portuqal, rəhbərlik onun artıq “mankunianlar”a kömək edə bilməyəcəyinə inanarsa, klubdan ayrılmağa hazır olduğunu da bildirib.
“Klub çempionluğu sonuncu dəfə çoxdan qazanıb. O vaxt indiki oyunçulardan heç biri burada deyildi və təbii ki, hamı deyəcək: “Bu oyunçular çempionluğu qazanmağa qadir deyillər”. Hər kəs problemə çevrilir və bu normaldır. Elə də böyük bir problem deyil. Mən burada, oynadığı klublarda hər şeyi qazanan oyunçularla oynamaq şansına sahib idim. Xuan Mata futbolda hər şeyi qazandı. David de Xea bu klubla kuboklar qazandı. Pol Poqba hər şeyi qazandı. Nemanya Matiç hər şeyi qazandı. Hətta Zlatan İbrahimoviç. Onlar hər yerdə kuboklar qazandılar, amma heç vaxt klubu zirvəyə qaytara və Premyer Liqanı qazana bilmədilər.
Burada müxtəlif klublarda titul qazanan bir çox məşqçi olub, amma onlar da Premyer Liqa titulunu “Yunayted”ə qaytara bilməyiblər. Buna görə də düşünürəm ki, oyunçulara təzyiq barədə söhbətlər ildən-ilə ortaya çıxır. Hər dəfə klubda ən uzun müddət qalan oyunçular digərlərindən daha çox yoxlamaya məruz qalırlar, çünki burada uzun müddət qalmağın mənfi tərəfi də budur. Biz digərlərindən daha uzun müddət problem kimi görünürük.
Kluba dedim ki, artıq “Yunayted”in layiq olduğu yerə qayıtmasına kömək edəcək adam olmadığımı hiss edən kimi getməyə hazıram. Kuboklar da qazanmaq istəyirəm. Premyer Liqada qalib gəlmək istəyirəm. Çempionlar Liqasında qalib gəlmək istəyirəm. Bunu heç vaxt gizlətməmişəm. Uğur qazanacağammı? Bilmirəm. Amma çalışmağa davam edəcəyəm”, – deyə Fernandeş “The Telegraph” qəzetinə bildirib.
“Mançester Yunayted” sonuncu dəfə İngiltərə Premyer Liqasının titulunu 2012/2013 mövsümündə qazanıb.
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Fernandeş: "Mançester"dən getməyə hazıram!"
