U-14 basketbol millimiz Belqradda "Partizan" və "Srvena Zvezda" ilə qarşılaşdılar


Basketbol üzrə 14 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Serbiyada keçirilən hazırlıq prosesini yekunlaşdırıb.
Offsideplus.az xəbər verir ki, paytaxt Belqradda təşkil olunan təlim-məşq toplanışı müddətində komandamız üç yoxlama qarşılaşmasına çıxıb. Millimiz Serbiya basketbolunun tanınmış təmsilçiləri "KK Cerak Beograd", "Partizan" və "Srvena Zvezda" klubları ilə üz-üzə gəlib.
Keçirilən oyunların birində qələbə qazanan, ikisində isə məğlub olan yeniyetmə basketbolçularımız beynəlxalq səviyyədə vacib oyun təcrübəsi toplayaraq gələcək turnirlər üçün ümidverici təsir bağışlayıblar.
1 mənbə
