Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirdi


Noyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov “İdman Paytaxtı” Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib.
Sportify.az xəbər verir ki, “Qazax Gənclər evi”ndə keçirilən görüşdən əvvəl Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidov Qazax şəhərində görüş iştirakçılarını salamlayıblar.
Nazir Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq “İdman Paytaxtı”nda, eləcə də regionlarda yeni idman bölmələrinin açılmasının vacibliyini vurğulayıb və gündəlikdə duran məsələlər barədə məlumat verib.
Daha sonra gündəliyə əsasən, MİTRİ-nin təqdimatı dinlənilib. Azərbaycan İdman Akademiyasına qəbul və Mərkəzləşdirilmiş Reyestr Sistemi ilə bağlı təqdimatlar edilib. Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nəticələri, 2027-ci il üçün təqvim planı və FISU-2027 Oyunları ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Həmçinin ölkə idman yarışlarında protokol tədbirlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub. Tədbirdə federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirdi