Eminin fotosu Nyu-Yorkun məşhur meydanında nümayiş etdirildi


Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun fotosu ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur “Times Square” meydanındakı böyük ekranda nümayiş etdirilib.
Publika.az xəbər verir ki, bu barədə “PR to SKY” şirkətinin “Instagram” səhifəsində paylaşım edilib.
Qeyd edək ki, “PR to SKY” Nyu-Yorkda fəaliyyət göstərən qlobal ictimaiyyətlə əlaqələr və kommunikasiya agentliyidir. Agentlik “Times Square” də daxil olmaqla, beynəlxalq reklam platformalarında rəqəmsal bilbord xidmətləri göstərir.
Sportify.az+2 mənbə