Fasilədən yararlanan "Kəpəz" yoxlama matçında qüvvəsini sınadı


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan "Kəpəz" və "Gəncəbasar" klubları yoxlama görüşündə qüvvələrini sınayıblar.
Offsideplus.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Premyer Liqa təmsilçisinin qolunu Kennet Kalunqa vurub, I Liqa klubunun heyətində isə İlham Hüseynov adını tabloya yazdırıb.
