Evdən qadın və kişi meyitləri tapıldı…


Şəmkirdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar bilinib.
Cinayetveqanun.az xəbər verir ki, rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin evində özünün və yanında qadının meyitinin tapılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatları bilinib.
Belə ki, meyiti aşkar edilən qadın Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovadır. İlkin məlumata görə, qadını elə qeyri-rəsmi nikah münasibətində olduğu R. Mustafayev qətlə yetirməkdə şübhəli bilinir. Adıçəkilən şəxs sonradan özü də intihar edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb. C.Q.az.
Yazı naviqasiyası
Dərc vaxtına görə
Cinayət və qanunoxuduğunuz
Evdən qadın və kişi meyitləri tapıldı…