"Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib


Gənclər və idman naziri Fərid Qayıbov "Eurosport"un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardı qəbul edib.
Bu barədə Operativ Media-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev iştirak ediblər.
Dərc vaxtına görə
Operativmedia.azoxuduğunuz
"Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
