Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib


İDMAN
18 Noyabr 2026 | 23:25 | Müəllif: Subhan Mahmudov
Gənclər və idman naziri Fərid Qayıbov "Eurosport"un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardı qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərovla Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də iştirak ediblər.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib