Ermənistanın yeni Konstitusiya layihəsi yaxın günlərdə dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək


Ermənistanın yeni Konstitusiya layihəsinin yaxın günlərdə dərc olunacağı, bundan əvvəl isə Baş nazir Nikol Paşinyanın xalqa müraciət edəcəyi bildirilir.
Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.
Məlumata görə, yeni Konstitusiya layihəsinin dərcindən əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciət edəcək, sənəd isə yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Ermənistan parlamentinin sədr müavini Vahaqn Aleksanyan jurnalistlərə açıqlamasında yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində dərc ediləcəyini bildirib. Bununla belə, o, dəqiq tarix açıqlamayıb.
“Formatla bağlı əlavə məlumat veriləcək. Əminəm ki, hər şey şəffaf olacaq”, - deyə Aleksanyan qeyd edib.
Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan və Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabr ayında dərc olunacağını bildirmişdilər.
Xatırladaq ki, bu ayın əvvəlində müxalifətə təzyiq göstərmək niyyəti barədə danışan Baş nazir Paşinyan hakimiyyətin, məsələn, parlament binası qarşısında aksiya təşkil edə biləcəyini və bununla da müxalifət deputatlarını yeni Konstitusiya layihəsinin lehinə səs verməyə məcbur edə biləcəyini demişdi.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə

Report+5 mənbə