Ermənistanın müdafiə naziri isveçli həmkarı ilə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib


Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsseldə İsveçin müdafiə naziri Pol Consonla görüşərək iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Ordu.az xəbər verir ki, bu barədə Suren Papikyanın sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, görüş noyabrın 18-də Brüsseldə baş tutub.
“Ermənistan-İsveç əməkdaşlığının müdafiə sahəsində perspektivləri ilə bağlı bir sıra məsələləri müzakirə etdik”, - deyə Papikyan paylaşımında qeyd edib.
Alpər Mövludoğlu Ordu.az
Report+2 mənbə