Ermənistan və İtaliya arasında müdafiə məsləhətləşmələri keçirilib


Noyabrın 18-də Romada Ermənistan və İtaliya arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib və 2027-ci il üzrə əməkdaşlıq proqramı imzalanıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələrdə Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
“Görüşlər zamanı Ermənistan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Levon Ayvazyan tərəfdaşlarına Ermənistan ordusunun transformasiyası prosesi barədə məlumat verib.
Məsləhətləşmələrin yekununda tərəflər qarşılıqlı maraq doğuran bir sıra istiqamətləri əhatə edən 2027-ci il üzrə ikitərəfli əməkdaşlıq proqramını razılaşdıraraq imzalayıblar. Növbəti müdafiə məsləhətləşmələrinin İrəvanda keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu Ordu.az