Əmlak inzibatçısı fiziki və hüquqi şəxslər arasından təyin edilə bilər


Borclunun əmlak inzibatçısı məhkəmə və ya kreditorlar tərəfindən fiziki və yaxud hüquqi şəxs kimi təyin oluna bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Əmlak inzibatçısı rezident və ya qeyri-rezident ola bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan da bu vəzifəyə təyin edilə bilər. Borclu dövlət müəssisəsi olduqda məhkəmə əmlak inzibatçısını təyin edərkən müvafiq icra hakimiyyəti orqanının rəyini nəzərə almalıdır. Beləliklə, əmlak inzibatçısının təyin edilməsi zamanı onun statusu ilə yanaşı, qanunda nəzərdə tutulan prosedur tələblərinə də əməl olunmalıdır.
Yazı naviqasiyası
1 mənbə