“Eminin vidası millimiz üçün itkidir”


“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan yığmasındakı karyerasını bitirib. Andorra ilə yoldaşlıq görüşü kapitanın yığmadakı son matçı olub.
Milli komandanın sabiq futbolçusu Rahid Əmirquliyev kapitanın vidası ilə bağlı “Futbolpress.az“a danışdı:
– Eminin vidası millimiz üçün itkidir. O, yaxşı futbolçu və lider idi. Klub karyerasında ona uğurlar arzu edirəm.
– Növbəti kapitan kim olmalıdır? – Düşünürəm ki, Bədavi millidə olacaqsa, kapitanlıq sarğısını da o daşımalıdır.
– Əlavə namizədləriniz var? – Emil Balayevi də qeyd edərdim. Təcrübəlidir və uzun müddətdir, yığmanın formasını geyinir.
– Sizcə, indiki vəziyyətdə liderlik bacarığı olan əsas ad kimdir? – Seçimi məşqçi edir. Mənim fikrimə gəlincə, hazırda Bədavi bu məsuliyyəti daşıya bilər.
Şahin Cəfərov
