Elnur Məmmədov: Kiberhücumların sürəti dövlətlər arasında məlumat mübadiləsini üstələyir


"Kiberhücumların həyata keçirilmə sürəti dövlətlər arasında həmin hücumlarla bağlı məlumat mübadiləsinin operativliyini dəfələrlə üstələyir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
O bildirib ki, qeydə alınmış ən sürətli kiberhücum hallarından birində hücumçuların digər sistemlərə keçməsi cəmi 27 saniyə çəkib.
Nazir müavininin sözlərinə görə, bu göstərici müdafiəçilərin təhlükəyə müdaxilə etmək üçün nə qədər məhdud vaxta malik olduğunu və kiberhücumların sürəti ilə dövlətlərarası məlumat mübadiləsi arasında ciddi fərq yarandığını göstərir.
E.Məmmədov diqqətə çatdırıb ki, kiberhücumlarla bağlı xəbərdarlıqlar təsdiqləmə prosedurlarından keçənədək hücumçular mövcud təhlükəsizlik boşluqlarından istifadə etməyə imkan tapırlar.
O qeyd edib ki, bu problemin aradan qaldırılması beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının əsas praktik prioritetlərindən birinə çevrilməlidir.
Nazir müavini vurğulayıb ki, erkən xəbərdarlıqlar tərəfdaş ölkələrə qabaqlayıcı tədbirlər görmək imkanı qalarkən çatdırılmalıdır. Bunun üçün böhran yaranmazdan əvvəl etibarlı əlaqə kanallarının qurulması vacibdir.
E.Məmmədov əlavə edib ki, diplomatik əlaqə nöqtələri ilə milli kiberinsidentlərə reaksiya komandaları (CERT/CSIRT) arasında təhlükəsiz və mütəmadi sınaqdan keçirilən kommunikasiya mexanizmlərinin yaradılmasına ehtiyac var.
Zeynəb Rzayeva
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Elnur Məmmədov: Kiberhücumların sürəti dövlətlər arasında məlumat mübadiləsini üstələyir