Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Axar.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Əli Əsədov Tiflis şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Dərc vaxtına görə
Axar.azoxuduğunuz
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
