Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib


Kateqoriya məlum deyil20.11.2026 14:37
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, noyabrın 19-da Tbilisinin Poniçala rayonunda yaşayış binasının beşinci mərtəbəsində təbii qaz sızması nəticəsində partlayış baş verib. Binanın bir hissəsinin dağılması nəticəsində 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.
Məlumata görə, partlayışa qaz qızdırıcısı səbəb olub. Beşinci mərtəbədə yaşayan sakin gecə saatlarında qaz qızdırıcısını işə salmağa çalışıb.
Faciə ilə əlaqədar Gürcüstanda 22 noyabr matəm günü elan edilib.
Dərc vaxtına görə
Sfera.azoxuduğunuz
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
