Lukaşenko Belarusun idxal əvəzlənməsində Çinin təcrübəsindən yararlanmağı təklif edib-
.jpg)
.jpg)
14:48 Siyasət
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin idxal əvəzlənməsi siyasətində Çinin təcrübəsini əsas götürməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki, BelTA xəbər agentliyinin məlumatına görə, Lukaşenko bildirib ki, Qərbin sanksiyaları Belarusun bir sıra komponent və ehtiyat hissələrini yerli istehsal hesabına əvəz etməsinə şərait yaradıb. O, Çinin əvvəlcə xarici texnologiyaları mənimsəyərək, sonradan öz istehsal və dizayn imkanlarını inkişaf etdirməsini nümunə göstərib. Prezident qeyd edib ki, Belarus da iqtisadi baxımdan sərfəli olan məhsulların yerli istehsalını genişləndirməli və bu istiqamətdə Çinlə əməkdaşlıqdan yararlanmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
.jpg)