Elcan Rəsulov atasının ölümündən danışarkən kövrəldi


Aktyor Elcan Rəsulov “Zarafat bir yana” verilişində atasının vəfatından danışarkən göz yaşlarını saxlaya bilməyib.
Publika.az xəbər verir ki, atasının onun qucağında dünyasını dəyişdiyini deyən aktyor evin böyük övladı kimi kiçik qardaşına sahib çıxmağa çalışdığını bildirib.
O, 7 yaşlı qardaşını otağına gətirərək “Daha ata olmayacaq. Bundan sonra atadan nə istəyəcəksənsə, mənə de” dediyini xatırladıb.
Elcan Rəsulov əlavə edib ki, universitetdə işlədiyi üçün qardaşının bütün istəklərini qarşılaya bilməsə də, heç vaxt qorxmayıb və möhkəm olmağa çalışıb.
