Əhməd Qurbanov Budapeştdə yüksək vəzifəyə TƏYİN OLUNDU


Azərbaycanlı mütəxəssis Əhməd Qurbanov dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock”da yeni vəzifəyə təyin edilib.
Əhməd Qurbanov şirkətin Macarıstanın paytaxtı Budapeştdə yerləşən bölməsində Sistematik İnvestisiyalar üzrə Məhsul Strategiyası (Systematic Investing Product Strategy) istiqamətində analitik vəzifəsində fəaliyyətə başlayıb.
O, 2025-ci ilin sentyabrından “BlackRock”da Sabit Gəlirli Maliyyə Alətləri üzrə Məhsul Strategiyası (Fixed Income Product Strategy) istiqamətində təcrübəçi kimi çalışıb. 2026-cı ilin noyabrından isə analitik vəzifəsinə yüksəlib.
Əhməd Qurbanov daha əvvəl Macarıstanda “Nokia”, Azərbaycanda isə “Agro Food Investments”, “TWC Management Consulting” və “PAŞA Həyat Sığorta” şirkətlərində fəaliyyət göstərib.
Qeyd edək ki, ABŞ-da yerləşən “BlackRock” dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətidir. Şirkət investisiya portfellərinin idarə olunması, maliyyə bazarları üzrə strategiyaların hazırlanması və risklərin qiymətləndirilməsi sahələrində fəaliyyət göstərir./Plat.az/
