Efiopiya və Eritreya müharibəyə hazırlaşır?


Afrikanın şərqində yerləşən Efiopiya və Eritreya arasında hərbi gərginlik artıb. İki ölkənin ortaq sərhəd boyunca əlavə hərbi qüvvələr yerləşdirdiyi bildirilir.
Xitab24.az Reuters agentliyinə istinadən xəbər verir ki, vəziyyətlə tanış olan mənbələr hər iki dövlətin sərhədyanı ərazilərdə qoşunlarını cəmləşdirdiyini açıqlayıblar.
Məlumata görə, hərbi birləşmələr bir-birinə zərbə endirə biləcək məsafədə yerləşdirilib. Bu vəziyyət yeni silahlı qarşıdurmanın başlanması ehtimalı ilə bağlı narahatlıq doğurur.
Efiopiya və Eritreya arasında münasibətlər uzun illərdir mürəkkəb olaraq qalır. Tərəflər arasında əvvəllər baş vermiş müharibə regionun siyasi və iqtisadi vəziyyətinə ciddi təsir göstərib.
Hazırkı hərbi fəallığın genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyi isə hələlik məlum deyil.