Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə mühüm təhlükəsizlik xəbərdarlığı edib


40 mənbə əsasında
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi yollarda qəza və məcburi dayanma halları ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb. Qurumdan bildirilib ki, bəzi sürücülər hava və yol şəraitini nəzərə almadan avtomobillərini hərəkət hissəsində saxlayırlar ki, bu da ağır nəticələrə səbəb olur. Qanunvericiliyə əsasən, belə hallarda sürücülər qəza işıq siqnalını yandırmalı, avtomobildən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalı və nəqliyyat vasitəsini təhlükəsiz yerə çəkməlidirlər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DYP sürücülərə xəbərdarlıq etdi
Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət sıxlığını, məhdudiyyətli görünməni, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.Bu barədə Sitat.info-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumata görə, qanunvericiliyə əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə yol açmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza-dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.Qaydalara uyğun olaraq, qəza-dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi şəkildə yerləşdirilməlidir. Avtomobil sıradan çıxdıqda isə sürücü onu yoldan tamamilə kənara, bu, mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin, eləcə də digərlərinin həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Tam oxu Sitat.info saytındaDərc vaxtına görə
Sitat.infooxuduğunuz
DYP sürücülərə xəbərdarlıq etdi