Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə mühüm təhlükəsizlik xəbərdarlığı edib


40 mənbə əsasında
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi yollarda qəza və məcburi dayanma halları ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb. Qurumdan bildirilib ki, bəzi sürücülər hava və yol şəraitini nəzərə almadan avtomobillərini hərəkət hissəsində saxlayırlar ki, bu da ağır nəticələrə səbəb olur. Qanunvericiliyə əsasən, belə hallarda sürücülər qəza işıq siqnalını yandırmalı, avtomobildən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalı və nəqliyyat vasitəsini təhlükəsiz yerə çəkməlidirlər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən Adalet.az-a verilən məlumatda bildirilib ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur: "Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan, avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar. Qanuna əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir". Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
Adalet.azoxuduğunuz
DYP-dən sürücülərə XƏBƏRDARLIQ