Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib


30 mənbə əsasında
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxacaq sürücülərə müraciət ünvanlayıb. Müraciətdə həftəsonları yollarda nəqliyyat vasitələrinin sayının artmasının və qeyri-sabit hava şəraitinin qəza riskini yüksəltdiyi vurğulanıb. Sürücülərdən nasaz avtomobillərlə yola çıxmamaq, sürət həddinə, ötmə və manevr qaydalarına əməl etmək tələb olunub. Həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin təhlükəli olduğu bildirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib. Bu barədə Adalet.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza riskinin yüksəlməsinə təsir göstərir. Hazırda mövsüm üçün xarakterik olan qeyri-sabit hava şəraiti fonunda bu ehtimal daha da çoxalır: "Həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması, bu mənada sürücülərdən xüsusilə məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur". BDYPİ xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
Adalet.azoxuduğunuz
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
