Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında video çəkən blogerə münasibət bildirib


20 mənbə əsasında
Sosial şəbəkələrdə sürücülərin, xüsusilə də blogerlərin avtomobil idarə edərkən canlı yayım açması və müxtəlif hərəkətlər etməsi cəmiyyətdə müzakirələrə yol açıb. Son olaraq bloger Firuzə Ağayevanın hərəkətdə olan nəqliyyat vasitəsində çəkdiyi görüntülər geniş rezonans doğurub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bu cür halların ağır qəzalara səbəb ola biləcəyini vurğulayıb. Rəsmi qurum nümayəndəsi qayda pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlərin görüləcəyini qeyd edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə reaksiya – VİDEO
Ajans.az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı “Qafqazinfo” sorğusuna cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: “Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur.Bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.Bir daha bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırırıq”.
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə