Dünya ölkələri iqlim böhranı ilə bağlı razılığa gələ bilmir


Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim sammitində ölkələr arasında ciddi fikir ayrılıqları yaranıb.
Xitab24.az Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, əsas mübahisələr neft, qaz və kömürdən istifadənin azaldılması, həmçinin iqlim maliyyələşdirilməsi ilə bağlıdır.
Razılaşma layihəsində fosil yanacaqlardan uzaqlaşmaya dair açıq öhdəliyin yer almaması ekoloqların etirazına səbəb olub.
