Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəs pozuntularını müzakirə edib


Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyəti ilə görüşərək Qəzza zolağında atəşkəs rejiminin pozulmasını və humanitar vəziyyətin pisləşməsini müzakirə edib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” nəşri məlumat yayıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda Siyasi Büronun rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi Fələstinin HƏMAS hərəkatının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Qəzza zolağında atəşkəs rejiminin pozulmasını və humanitar vəziyyətin pisləşməsini müzakirə ediblər.
Qışın yaxınlaşması ilə əlaqədar Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi də danışıqların əsas mövzularından biri olub.
Kalın Türkiyənin Fələstinə və Fələstin xalqına dəstəyini bir daha təsdiqləyib. Bundan əlavə, o, Ankaranın digər vasitəçilər və tərəfdaşlarla birlikdə Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Sevinc Əliyeva Ordu.az
