Parisdə etirazlar SƏNGİMİR - daha 21 min insan aksiyalara qoşulub


Parisdə şənbə günü keçirilən etiraz aksiyalarında təxminən 21,5 min nəfər iştirak edib.
Xarici KİV-lırin yazdığına görə, bu məlumatı Paris Polis Prefekturası təqdim edib, Tələbə İttifaqı isə paytaxt aksiyası iştirakçılarının sayını 45 min nəfər olaraq qiymətləndirib.
Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə nümayişlərə ümumilikdə 150 min nəfər qatılıb. Aksiyalarda "sarı jiletlilər" hərəkatının, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara 82 500 nəfər qatılıb. Nazirlik keçən həftə Fransa üzrə 106 000 və Parisdə 24 000 etirazçı qeydə alıb
