Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur


Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.
Bizim.Media “nocomment.az”a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.
Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
Qanunvericilik: 50 sual
Məntiq: 30 sual
Emosional intellekt: 20 sual
Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
