Donnarumma-nın səhvi Fransa millisinin qoluna səbəb oldu


İtaliya millisinin qapıçısı Canluici Donnarumma Millətlər Liqasında Fransa ilə oyunda kobud səhvə yol verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində Donnarumma mərkəz zona ilə ötürmə etməyə çalışıb. Bu zaman Fransa millisinin cinah oyunçusu Maykl Olise topu ələ keçirib, müdafiəçini aldadaraq qapıya dəqiq zərbə endirib və hesabı açıb – 1:0.
Qeyd edək ki, Donnarumma-nın bu mövsüm oxşar səhvləri "Mançester Siti" ilə oyunlarda da qolla nəticələnib.