Direktor Teymur Alşanov noutbuk, Proyektor və İnteraktiv lövhə aladıracaq - 123 min manata


"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" Publik Hüquqi Şəxsi tədris müəssisəsinin texniki bazasının yenilənməsi məqsədilə elan etdiyi satınalma üzrə yekun mərhələyə keçib.
32gun.az-ın verddiyi məlumata görə, mərkəzin maşın və avadanlıqların (noutbuk, interaktiv lövhə, proyektor) satın alınması ilə bağlı keçirdiyi tender üzrə müqavilənin "Caucasi̇an Suppli̇es" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanacağı gözlənilir. Tərəflər arasında imzalanacaq müqavilənin məbləğinin 123.221,5 AZN (123,2 min manatdan çox) olacağı bildirilir.
Satınalma şərtlərinə əsasən, təhsil mərkəzi üçün 65 ədəd noutbuk (minimum 6 nüvəli prosessor, 16 GB operativ yaddaş və 512 GB SSD yaddaş göstəricilərinə malik), 3 ədəd multimedia proyektoru və 1 ədəd 65 düymlük 4K UHD təsvir ölçülü interaktiv lövhə alınacaq. Həmçinin təklif olunan bütün avadanlıqların yeni olması və hər bir məhsul üzrə istehsalçı tərəfindən verilmiş rəsmi səlahiyyət sənədinin (MAF) təqdim edilməsi əsas tələb kimi qoyulub.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 22/182, mənzil 28 ünvanında hüquqi qeydiyyatda olan "Caucasi̇an Suppli̇es" MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Rasim Əhməd oğlu Əliyevdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Teymur Alşanovdur. Ayaz
1 mənbə
