De la Fuente: "Hər oyunda məğlubiyyət bizə bir addım yaxınlaşır"


İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında Çexiya üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, ispanlar ardıcıl 12-ci qələbəsini qazanıb və əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyasını 43-ə çatdırıb.
De la Fuente qarşılaşma barədə bunları deyib:
"Çox enerjili bir komandaya qarşı gərgin oyun keçirdik. Bizim üçün asan olmadı. Bəzən soyuqqanlılıq çatışmırdı. Amma buna baxmayaraq, kifayət qədər qol vəziyyəti yaratdıq".
Qələbə seriyası ilə bağlı isə o bildirib:
"Bəzi insanların diqqəti başqa məsələlərə yönəltməsi göstərir ki, biz işimizi yaxşı görürük. Reallıq budur ki, hər yeni oyunda məğlubiyyət bizə bir addım yaxınlaşır. Biz razıyıq və ağıllı insanlar bunu başa düşür. Bilmirəm, doğrudanmı milliyə uğursuzluq arzulayanlar var. Mən yalnız hörmət istəyirəm. Müxtəlif söz-söhbətlər qulağıma çatır, amma maraqlı olmayanları tez unuduram. Lakin insanlar uydurma fikirlər səsləndirəndə bu, məni narahat edir".
