Danimarka millisinin baş məşqçisi: "Pressinqimiz yüksək səviyyədə idi"


Danimarka millisinin baş məşqçisi Brayan Rimer Portuqaliya üzərində 4:1 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, nəticənin önəmini vurğulayıb və komandasının yüksək səviyyəli pressinq göstərdiyini bildirib.
"Futbolun necə işlədiyini yaxşı bilirəm. Əsas nəticədir, danışmaq isə sonsuz davam edə bilər. Əgər böyük turnirə vəsiqə qazana bilməmisənsə, qələbə qazanmalısan. Meydana çıxmazdan əvvəl paltardəyişmə otağında dedik ki, bu günkü oyun və çərşənbə axşamı Norveçlə qarşılaşma bu komandanın gələcəyini müəyyən edə bilər. Hesab edirəm ki, bu gün doğru istiqamətdə çox vacib addım atdıq. Pressinqimiz yüksək səviyyədə idi. Rəqibə ciddi çətinliklər yaratdıq, həmçinin müdafiədə aşağı blokda oyunumuz yaxşılaşdı. Düşünmürəm ki, Kopenhagendəki oyunla müqayisədə ciddi taktiki fərqlər vardı. Oyun planımız demək olar ki, eyni idi. Topa nəzarət sayəsində rəqibə problemlər yaratmağı bacardıq", – deyə Rimer qeyd edib.
1 mənbə
