Dana Uayt: "Usman Nurmaqomedovla danışıqlar hələ başlamayıb"


UFC prezidenti Dana Uayt Usman Nurmaqomedovla aparılan danışıqlar barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Usmanın döyüşü danışıqlara təsir etməyəcək, çünki onun hələ də müqavilə öhdəlikləri var və tərəflər arasında heç bir rəsmi söhbət başlanmayıb.
Daha əvvəl UFC 334 turniri çərçivəsində Usman Nurmaqomedovun təşkilata qoşulacağı barədə məlumatlar yayılmışdı. Dana Uayt həmçinin Usman və Merab Dvalişvilinin arasında baş verən insidentə münasibət bildirib: "Bu, tamamilə mənasız və gülüncdür. Belə hərəkətlər üçün bura uyğun yer deyil".
